Bank Of Baku

Qırğızıstanda baş verən toqquşmalarda ölənlərin sayı 1 800 nəfəri keçib

Qırğızıstanda baş verən toqquşmalarda ölənlərin sayı 1 800 nəfəri keçib
# 17 iyun 2010 09:52 (UTC +04:00)
Mənbə bildirib ki, açıqlanan rəqəmlərin real rəqəmdən dəfələrlə aşağı olması bir sıra obyektiv səbəblərlə bağlıdır. O açıqladığı rəqəmin vəziyyətin monitorinqi, şahidlər arasında keçirilən sorğu və operativ məlumatlar əsasında müəyyənləşdirildiyini bildirib.

Son rəsmi məlumatlara görə, Qırğızıstanın cənubunda ölənlərin sayı 191 nəfərdir, 2 mindən çox insan isə tibbi yardım üçün müvafiq qurumlara müraciət edib. Qırğızıstan müvəqqəti hökumətinin rəhbəri Roza Otunbayeva da ölənlərin sayının qat-qat artıq ola biləcəyini istisna etmir. Yerli qeyri-hökumət təşkilatları da toqquşmalarda həlak olanların sayının rəsmi rəqəmlərdən qat-qat artıq ola biləcəyini vurğulayırlar.

Mənbə ölənlərin sayına dair real rəqəmlərlə rəsmi rəqəmlərin arasındakı fərqi belə izah edib: “Birincisi, yerli adətlərə görə, bir çox ailələr həlak olan şəxsləri gün batana kimi dəfn edirlər. İkincisi, ərazidə hakimiyyətsizlik hökm sürdüyünə görə, adamların həlak olması barədə hər hansı quruma məlumat vermək mümkün deyil. Bundan başqa toqquşmalarda bütöv ailələr həlak olub, onların öldüyü barədə məlumat verəcək kimsə qalmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR