Bank Of Baku

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qırğızıstana hərbi texnika göndərəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qırğızıstana hərbi texnika göndərəcək
# 17 iyun 2010 12:57 (UTC +04:00)
Bişkek-APA. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Qırğızıstanda vəziyyət stabilləşənə kimi bu respublikaya 9 vertolyot və texnika göndərmək niyyətindədir. APA-nın məlumatına görə, bu barədə Bişkekdə mətbuat konfransı keçirən Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Alik Orozov məlumat verib: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daxil olan ölkələrin rəhbərləri, Belarus istisna olmaqla Qırğızıstanın cənubunda vəziyyətin stabilləşməsi planını dəstəkləyiblər. Belarus bu məsələ ilə bağlı qərarı bu gün qəbul etməlidir. Əgər plan təsdiqlənsə, o zaman Qırğızıstana nəqliyyat vasitələri, ağır aviasiya texnikası, vertolyotlar göndəriləcək. Əgər təşkilata üzv olan ölkələr bizə hərbi yardım göstərmək istəsələr, Qırğızıstan bu yardımdan imtina etməyəcək. Rusiya artıq kütləvi iğtişaşların qarşısının alınmasına dair mütəxəssislərin ölkəmizə göndərilməsi məsələsini müzakirə edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR