Bank Of Baku

Özbəkistanda sığınacaq tapan qaçqınlar evlərinə qayıtmağa başlayıblar

Özbəkistanda sığınacaq tapan qaçqınlar evlərinə qayıtmağa başlayıblar
# 17 iyun 2010 15:29 (UTC +04:00)
Bişkek-APA. Qırğızıstanın cənubunda baş verən toqquşmalardan sonra Özbəkistanda müvəqqəti çadır düşərgələrinə sığınmış özbək qaçqınlar evlərinə qayıtmağa başlayıb. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, iki ölkənin sərhədindəki “Dostluq” sərhəd buraxılış məntəqəsindən bu gün yüzlərlə qaçqın keçərək evinə dönüb. Müxtəlif hesablamalara görə, baş verən toqquşmalardan sonra Özbəkistan ərazisinə 60-100 min adam keçib. Özbəkistan hakimiyyəti geri dönmək istəyən qaçqınları pulsuz nəqliyyat vasitələri ilə təmin edirlər. Qeyd edək ki, Qırğızıstanın cənubunda özbəklərlə qırğızlar arasında baş verən toqquşmalarda rəsmi rəqəmlərə görə 191 nəfər ölüb, 2 mindən artıq insan yaralanıb. Qeyri-rəsmi rəqəmlərə görə, hadisələr zamanı ölənlərin sayı 1,800-dən artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR