Bank Of Baku

Oş vilayətində özbəklərlə qırğızlar girovları dəyişdirməyə başlayıblar

Oş vilayətində özbəklərlə qırğızlar girovları dəyişdirməyə başlayıblar
# 18 iyun 2010 08:05 (UTC +04:00)
APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, Oş vilayətinin daxili işlər idarəsinin rəisi Omurbek Suvanaliyev prosesin davam etdiyini desə də, tərəflərin əlində nə qədər girovun olduğunu açıqlamayıb. Onun sözlərinə görə, hökumət girovların sayı ilə bağlı dəqiq rəqəmlərə malik deyil, amma söhbət onlarla adamdan gedir. Suvanaliyev hüquq-mühafizə orqanlarının girovların dəyişdirilməsi prosesində iştirak etməməsinin səbəbini belə açıqlayıb: “Özbək diasporu milisə etibar eləmir, ona görə də girovların dəyişdirilməsi vasitəçilərsiz həyata keçirilir. Yerli əhali bir-birini yaxşı tanıyır, ona görə də girovları dəyişdirəcək adamları asanlıqla tapırlar”. Hazırda Oş vilayət administrasiyasının qarşısına çoxlu sayda adam toplaşıb. Onlar Qırğızıstan müvəqqəti hökumətinin rəhbəri Roza Otunbayeva ilə görüşərək girov götürülmüş qohumlarının azadlığa buraxılması üçün hökumətdən kömək tələb etmək niyyətindədirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR