Bank Of Baku

Oş meri: “Özbəkistana gedən qaçqınların 30 faizi evlərinə dönüb”

Oş meri: “Özbəkistana gedən qaçqınların 30 faizi evlərinə dönüb”
# 18 iyun 2010 13:42 (UTC +04:00)
APA-nın məlumatına görə, Oş şəhər meri Melisbek Mırzakmatov özbək qaçqınlar yerli hökumətdən dəstək almadıqlarına görə geri dönürlər: “Özbəkistan onların ehtiyaclarını təmin edə bilməyib. Həmin şəxslərin evlə təmin edilməsinə gəldikdə dövlətimiz bu işlə məşğul olacaq. Müraciət olacağı təqdirdə həmin insanları çadır və yatacaqla təmin edə bilərik”.

Ən müxtəlif rəqəmlərə görə, iğtişaşlar nəticəsində 100 minə yaxın özbək Oş vilayətində evini tərk edərək Özbəkistana sığınıb. Ümumdünya Səhiyyə Təşkilatı Qırğızıstanda etnik münaqişədən zərərçəkənlərin ümumi sayının 1 milyon nəfərə çata biləcəyini iddia edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR