Bank Of Baku

Rusiya əhalisi 41,7 min nəfər azalıb

Rusiya əhalisi 41,7 min nəfər azalıb
# 18 iyun 2010 19:46 (UTC +04:00)
Bakı-APA. 2010-cu ildə Rusiya Federasiyasının əhalisi 41,7 min nəfər azalıb. Demoqrafik göstəricilər Federal Dövlət Statistika xidməti (Rosstat) tərəfindən dərc edilib.

Xidmətin məlumatına görə, 2010-cu ilin yanvarından aprelinədək rusiyalıların ümumi sayı 0,03% azalaraq 141,9 milyon nəfərə çatıb. 2009-cu ilin analoji dövrü ilə müqayisədə əhalinin təbii azalması 24,2 min nəfər azalıb.

Bundan əlavə, əhalinin say itkiləri miqrantların hesabına 61,2% kompensasiya olunub. 2010-cu ildə miqrantların sayı 17,2 min nəfər artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR