Bank Of Baku

İslam Kərimov: Üçüncü qüvvələr Özbəkistanı Qırğızıstanla münaqişəyə cəlb etmək istəyirlər

İslam Kərimov: Üçüncü qüvvələr Özbəkistanı Qırğızıstanla münaqişəyə cəlb etmək istəyirlər
# 19 iyun 2010 02:38 (UTC +04:00)
Bakı-APA. Qırğızıstandakı iğtişaşlar üçüncü qüvvələr tərəfindən təşkil olunub və Özbəkistanı Qırğızıstanla münaqişəyə cəlb etmək məqsədi güdür. Özbəkistan prezidenti İslam Kərimov belə bir bəyanatla çıxış edib.

«Mən baş verənləri etnik münaqişə saymıram, çünki özbəklərin və qırğızların buna səbəbləri yox idi», deyə prezident bəyan edib.

«Təxribatın təşkilatçılarının əsas məqsədi Özbəkistanı bu münaqişəyə cəlb etmək idi. Lakin Özbəkistan heç vaxt digər ölkələrin ərazisindəki belə münaqişələrə müdaxilə etməyəcək. Qırğızıstanla bu problemi özümüzün həll etməyi üçün bizim kifayət qədər qüvvəmiz və təcrübəmiz var», deyə Kərimov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR