Bank Of Baku

Oşda törədilən qətl və qarətlərlə bağlı Qırğızıstan DİN tərəfindən 90 cinayət işi başlanıb

Oşda törədilən qətl və qarətlərlə bağlı Qırğızıstan DİN tərəfindən 90 cinayət işi başlanıb
# 19 iyun 2010 10:48 (UTC +04:00)
APA-nın RİA “Novosti”-yə istinadən verdiyi məlumata görə, bu barədə Oş şəhərinin komendantı Baktıbek Alımbekov bildirib.

“Oş və Calalabad vilayətlərində 195 meyit aşkarlanıb, onlardan 70-dən çoxunun kimliyi müəyyənləşdirilib. İtkin düşmə ilə bağlı 20-dən çox məlumat var”, - deyə komendant qeyd edib.

B. Alımbekov Qırğızıstanın cənubunda görülən əməliyyat istintaq təbirləri nəticəsində milisin 11 odlu silah və 85 döyüş sursatı müsadirə etdiyini deyib. Odlu silahlar arasında Kalaşnikov avtomatları, Makarov tapançaları var.

Komendant əhalini silah və sursatları hüquq-mühafizə orqanlarına təhvil verməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR