Bank Of Baku

ABŞ rəsmisi özbək qaçqınların Qırğızıstana geri dönməsinə şərait yaratmağa çağırıb

ABŞ rəsmisi özbək qaçqınların Qırğızıstana geri dönməsinə şərait yaratmağa çağırıb
# 19 iyun 2010 18:49 (UTC +04:00)
Bakı-APA. ABŞ dövlət katibinin köməkçisi Robert Bleyk Qırğızıstanın müvəqqəti hökumətini ölkənin cənubundan qaçqın düşmüş özbəklərin təhlükəsiz geri dönməsinə şərait yaratmağa çağırıb.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə Qırğızıstanın lideri qayda qanunu bərpa etməyə və qaçqınları geri qaytarmağa söz verib.
Bleykin səfəri, onun qonşu Özbəkistana səfərindən sonraya təsadüf edir.
Oş və Cəlilabaddan qaçmış 100 minə qədər insan Özbəkistana pənah gətirib.
Bu arada BMT Qırğızıstanın cənubunda etnik zorakılıq nəticəsində evlərini tərk etmiş 400 min insana kömək etmək üçün 71 mln dollar həcmində təcili yardım göstərilməsi çağırışı edib.
Zərər çəkmiş ərazilərə artıq tonlarla yardım göndərilib. Lakin bir çox yerlərdə hələlik ərzaqa, suya və çadırlara ehtiyac qalmaqdadır.
Yardınm agentliklərinə görə, ehtiyacı olanlara yardımı çatdırmaq çətindir. Yardım karvanlarına hücum və qərət halları baş baş verməkdədir.
Öş ətrafı və kənar ərazilərdə hərəkət hələ də məhduddur.
Qırğızıstanın cənubuna ilk səfəri zamanı müvəqqəti lider Roza Otunbayeva
qayda qanunu bərpa etməyi vəd edib. O deyib ki, şəhər yenidən qurulacaq və qaçqınlar geri qaytarılacaq.
Lakin o, Özbək məhəllələrinə baş çəkməyə cürət etmədi. Həmin məhəllələr zorakılıqdan ən çox zərər çəkən ərazilərdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR