Bank Of Baku

Gürcüstanda təbii fəlakətin törətdiyi fəsadları aradan qaldırmaq hələlik mümkün deyil

Gürcüstanda təbii fəlakətin törətdiyi fəsadları aradan qaldırmaq hələlik mümkün deyil
# 19 iyun 2010 22:32 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Gürcüstanın Mestiya rayonunda təbii fəlakətin fəsadlarını aradan qaldırmaq hələlik mümkün deyil. APA-nın Gürcüstan bürosuna, Mestiya rayon icra hakimiyyəti başçısı Qoça Çelidze bildirib ki, havaların bir az yaxşılaşmasına baxmayaraq, təbii fəlakətin uçurduqlarını bərpa etməyə imkan və şərait yoxdur. “ Bir neçə gün bundan əvvəl aramsız yağan leysan yağışlar güclü sel sularının coşmasına səbəb olub, nəticədə 11 kəndlə əlaqə tamamilə kəsilib, avtomobil yolları, körpülər dağılıb, elektrik xətləri və digər kommunikasiyalar sıradan çıxıb.”
Çelidzenin sözlərinə görə, əgər havalar yaxşılaşarsa, bir həftədən sonra bərpa işlərinə başlamaq olar. “İndi hələlik kəndlərlə əlaqə yaratmaq üçün dairəvi yol çəkməklə məşğuluq.”
Sinoptiklər isə Qərbi Gürcüstanda və digər ərazilərdə havaların yağışlı və qeyri-sabit keçəcəyini bildirib. Kaxetiya bölgəsinə isə dolu düşəcəyi gözlənilir.

Qeyd edək ki, iyunun 12-də soydaşlarımızın kompakt yaşadığı Dmanisinin 5 kəndinə də güclü dolu düşüb, evlərin dam örtükləri sıradan çıxıb, kənd təsərrüfatı sahələrinə ciddi ziyan dəyib. Hələlik bu kəndlərə kömək göstərilməyib, havalar isə yenə kəskinləşəcək, yenidən dolu düşəcəyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR