Bank Of Baku

Gürcüstanda bütün kateqoriyalar üzrə cinayətkarlıq azalıb

Gürcüstanda bütün kateqoriyalar üzrə cinayətkarlıq azalıb
# 20 iyun 2010 02:25 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Gürcüstanda bütün kateqoriyalar üzrə cinayətkarlıq azalıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan DİN bildirib. DİN məlumatına görə, 2010-cu ilin 5 ayı ərzində keçən ilin analoji ayı ilə müqayisədə planlaşdırılmış ölüm, öldürməyə cəhd etmə, zorlama, girov götürmə, oğurluq, soyğunçuluq, dələduzluq, qanunsuz silah gəzdirmə, yol hərəkəti qaydalarını pozma və digər cinayət kateqoriyaları, eyni zamanda narkotik maddələrin dövriyyəsi azalıb.
DİN məlumatında bildirilib ki, bütün bunlara baxmayaraq, bir neçə sahədə cinayət artıb. Qəsdlə sağlamlığa zərər yetirmə, özgə malını mənimsəmə çıxma və azyaşlıların cinayəti buraya daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR