Bank Of Baku

Tiflisdə “Taoprivatbank”-ın inkassatorlarının maşınına silahlı hücum olub

Tiflisdə “Taoprivatbank”-ın inkassatorlarının maşınına silahlı hücum olub
# 23 iyun 2010 23:17 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Ийунун 23-дя Tiflisin Saburtalo rayonunda Kazbeqi küçəsində yerləşən “Taoprivatbank”-ın inkassatorlarının maşınına silahlı hücum olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hücum zamanı iki nəfər inkassatora tapança ilə atəş açan cinayətkarlar banka məxsus pulu da götürüb aradan çıxıblar. Yaralanan iki nəfər inkassator Respublika xəstəxanasına çatdırılıb. Onlardan 25 yaşlı Niko Metrevelinin vəziyyəti ağırdır. Oğurluq barədə təcili cinayət işi qaldırılıb. Tiflis şəhər baş polis idarəsi tərəfindən istintaq başlanıb. Bankın rəhbərliyi oğurlanan pulun məbləği barədə açıqlama vermir. Gürcüstan DİN KİV nümayəndələrinə istintaqla bağlı hələlik heç bir məlumat bildirməyib. Məlumata görə, bankdan külli miqdarda pul oğurlanıb. Oğurluqla bağlı bu gün “Taoprivatbank” Tiflis əhalisinə müraciət edib. Müraciətdə deyilir ki, cinayəti açmaq üçün informasiya verən şəxsə 20 min lari, əsaslı informasiya verən şəxsə 10 min lari və cinayətkarı tutmağa kömək edən şəxsə isə 10 min lari mükafat ayrılıb. Bankın müraciətində informasiya bildirən şəxslərin anonimliyinin saxlanılacağı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR