Bank Of Baku

Rusiyada nurçuların yerli təşkilatının lideri həbs olunub

Rusiyada nurçuların yerli təşkilatının lideri həbs olunub
# 24 iyun 2010 12:06 (UTC +04:00)
Moskva-APA. Rusiya Daxili İşlər Nazirliyinin ekstremizmə qarşı mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində “Nurçular” beynəlxalq dini təşkilatının Nijeqorod şəbəkəsinin lideri həbs olunub. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, ölkə qanunvericiliyi ilə qadağan olunmuş təşkilatın yerli bölməsinin liderinə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsi (düşmənçilik və ya nifrət yaratmaq, insan ləyaqətini alçaltmağa bərabər) ilə cinayət işi başlanıb. Günahı sübuta yetiriləcəyi təqdirdə saxlanan şəxsi 5 ilədək həbs cəzası gözləyir. Nurçu liderə məxsus kompüterlər, məlumat daşıyıcıları və Səid Nursinin kitabları müsadirə olunub.

Qeyd edək ki, Rusiya Federasiyası Ali Məhkəməsinin 10 aprel 2008-ci il tarixli qərarı ilə ölkə ərazisində “Nurçular” beynəlxalq dini təşkilatının fəaliyyəti rəsmən qadağan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR