Bank Of Baku

Gürcüstan parlamentinin Böhran Əleyhinə Şurası Abxaziya qaçqınlarının məsələsini müzakirə edib

Gürcüstan parlamentinin Böhran Əleyhinə Şurası Abxaziya qaçqınlarının məsələsini müzakirə edib
# 25 iyun 2010 00:40 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Gürcüstan parlamentinin Böhran Əleyhinə Şurasının iclası olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, şura Abxaziya qaçqınlarının məsələsini müzakirə edib. Bu barədə APA-ya açıqlamasında parlamentin deputatı azlıqda yaşayanların problemi və məsələləri komitəsinin sədri, Böhran Əleyhinə Şuranın rəhbəri Giya Tortladze bildirib. “Gürcüstanda Abxaziyadan qaçmış 300 nəfərədək qaçqın yaşayır. Onun sözlərinə görə, qaçqınları üç kateqoriyaya bölmək olar. Birincisi, hökumət evlərində yaşayanlar. Onların evləri hələ də qanuniləşdirilməyib. Bu proses artıq başlayıb. İkincisi, qaçqın olub, hələ heç bir yerdən kömək almayanlar. Onlar ya qohum evində, ya da bilinmir harada yaşayırlar. Bu adamlar kompensasiya almalıdırlar. Üçüncüsü, bəzi qaçqınlar elə evlərdə yaşayırlar ki, onların sahibi var. Dövlət ya bu evləri sahiblərindən evin haqqını verib almalı, ya da qaçqınlara başqa bir yaşayış evi tikməlidir. Biz bu gün bu vacib məsələləri müzakirə edəcəyik,- Böhran Əleyhinə Şuranın rəhbəri vurğulayıb.”

G. Tortxladze APA-ya açıqlamasında müharibəyə də münasibət bildirib.”Avqust müharibəsi Gürcüstanın 20% torpağını rəsmi işğal etməklə bitdi. Hələ də getdikcə biz torpaqlarımızı itiririk. Müharibəyə qədər rus ordusu sülhməramlı qüvvə sayılırdı. İndi bu ordu işğalçı ordudur. Müharibədə qaçqınlar da həlak olublar. Müharibədə həlak olan hər bir nəfər vətənin sadiq övladları və qəhrəmanıdır.”

Gürcüstan parlamentinin Böhran Əleyhinə Şurasının iclasında qaçqınlar və onların yerləşdirilməsi üzrə nazirlik, səhiyyə və iqtisadiyyat nazirlikləri, Abxaziyanın Ali Soveti və hökuməti iştirak edib. Şuranın qərarı ilə müvafiq nazirliklərə və aidiyyəti təşkilatlara göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR