Bank Of Baku

Qırğızıstanın sabiq prezidentinin qohumu ölkədə iğtişaşlar törətmək ittihamı ilə həbs olunub

Qırğızıstanın sabiq prezidentinin qohumu ölkədə iğtişaşlar törətmək ittihamı ilə həbs olunub
# 25 iyun 2010 10:01 (UTC +04:00)
Bişkek-APA. Qırğızıstan Daxili İşlər Nazirliyi sabiq prezident Kurmanbek Bakiyevin Səncər adlı qohumunu ölkənin cənubunda iğtişaşların əsas təşkilatçısı qismində həbs edib. APA-nın məlumatına görə, Səncər Bakiyevin həbsi barədə məlumat mətbuatda əvvəllər də yayılsa da, DİN onun məhz bu gün həbs olunduğunu bildirir. Onun həbsi ilə bağlı xüsusi əməliyyat keçirilib. Səncər Bakiyev müqavimət göstərsə də, əməliyyat zamanı DİN əməkdaşlarından xəsarət alan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR