Bank Of Baku

ATƏT Polis Qüvvələrinin qiymətləndirici missiyası Qırğızıstana gəlib

ATƏT Polis Qüvvələrinin qiymətləndirici missiyası Qırğızıstana gəlib
# 25 iyun 2010 14:18 (UTC +04:00)
Bişkek-APA. ATƏT Polis Qüvvələrinin qiymətləndirici missiyası Qırğızıstana gəlib. APA-nın məlumatına görə, missiyanın məqsədi ölkənin cənubunda sülh prosesinin bərpası və nizamlanmasına ekspert dəstəyi göstərilməsinə dair ATƏT Katibliyinin qəbul etdiyi fəaliyyət planı çərçivəsində monitorinq, kuratorluq və məsləhətləşmələr həyata keçirməkdir. Qırğızıstan Xarici İşlər Nazirliyi bu tədbirlərin ölkənin cənubunda münaqişədən sonra bərpa proseslərinə yönəlmiş beynəlxalq təşkilatların səyləri ilə paralel həyata keçirildiyini bildirib. Xatırladaq ki, ölkənin cənubunda baş verən iğtişaşlar zamanı ən azı 264 nəfər ölüb, 2 mindən çox insan yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR