Bank Of Baku

Qırğızıstanın bütün qaçqınları vətənə dönüb

Qırğızıstanın bütün qaçqınları vətənə dönüb
# 26 iyun 2010 08:25 (UTC +04:00)
Bakı – APA. İyun ayında Qırğızıstanda baş vermiş iğtişaşlar səbəbindən ölkəni tərk etmiş qaçqınların demək olar ki hamısı artıq vətənə dönüb. APA-nın «İnterfaks»a istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstan Sərhəd Xidmətindən bildirilib.

Qurumun başçısının müavini Çolponbek Turusbekovun sözlərinə görə, bu həftə ərzində Oş və Cəlalabad vilayətlərinə Özbəkistandan 75 865 nəfər qayıdıb. Bununla yanaşı, Qırğızıstanın cənubunda baş vermiş toqquşmalara görə evlərini tərk edən insanlar üçün təşkil olunmuş qaçqın düşərgələrində artıq heç kim qalmayıb. Hazırda yalnız 380 Qırğızıstan vətəndaşı Özbəkistan ərazisində qalıb. Bu da, əsasən iğtişaşlar zamanı yaralanan və hazırda xəstəxanalarda müalicə alan şəxslərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR