Bank Of Baku

Rusiya 63 min cinayətkar, Ermənistan isə 109 min nəfər itkin düşmüş sayılan şəxs barədə axtarış elan edib

Rusiya 63 min cinayətkar, Ermənistan isə 109 min nəfər itkin düşmüş sayılan şəxs barədə axtarış elan edib
# 26 iyun 2010 09:36 (UTC +04:00)
APA-nın məlumatına görə, bu rəqəmi Rusiyanın daxili işlər naziri Rəşid Nurqaliyev Rusiya Daxili İşlər Nazirliyi və Ermənistan Polisinin birgə kollegiyasında çıxışı zamanı açıqlayıb. Nazir bildirib ki, MDB ərazisində keçirilən “Axtarış” dövlətlərarası axtarış əməliyyatının martda keçirilən son mərhələsi çərçivəsində Rusiya milisi MDB-dən olan 177 cinayətkar saxlayıblar. Bundan başqa MDB məkanında Rusiyanın tələbi ilə cinayət törətməkdə şübhəli bilinən 206 nəfər saxlanıb.
Rəşid Nurqaliyev 77 min nəfər itkin düşmüş sayılan şəxs barədə dövlətlərarası axtarış elan edildiyini deyib. Onların 13,5 min nəfəri dövlətə borcu olan və vətəndaşların maliyyə iddiası qaldırdığı şəxslərdir. Nurqaliyev Ermənistan tərəfinin 109 min nəfər itkin düşmüş şəxsi axtardığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR