Bank Of Baku

Rusiyadan Abxaziyaya dəmir yolu reysi açılıb

Rusiyadan Abxaziyaya dəmir yolu reysi açılıb
# 26 iyun 2010 10:23 (UTC +04:00)
Bakı – APA. Bu gün Rusiyadan Abxaziyaya elektrik dəmir yolu qatarlarının hərəkəti bərpa olunub. APA-nın «İTAR-TASS»a istinadən verdiyi məlumata görə, bu gün səhər Qaqra şəhər dəmir yolu vağzalına Adlerdən ilk qatar gəlib. Qatarda cəmi 48 sərnişin olub.

«Soçi-Qaqra» qatarına bir sərnişin üçün biletin qiyməti 109 rubl və ya 2,90 manat təşkil edir. Qatar yolda 2,5 saat olur və Moskva vaxtı ilə 9:41-də Qaqraya çatır. Rusiya-Abxaziya sərhədində yoxlama prosesi ümumilikdə 90 dəqiqə vaxt aparır və bunun 40 dəqiqəyədək azaldılması planlaşdırılır. Qatarın hərəkət sürəti isə 40 km/saatdır.

İlkin mərhələdə qatar gündə iki dəfə reys yerinə yetirəcək. Sonradan, sərnişinlərin sayı artdıqca, reyslərin sayı da artırılacaq.

Xatırladaq ki, 2009-cu ilin sentyabr ayında Rusiya ilə Abxaziya arasında dəniz sərnişin əlaqələri də bərpa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR