Bank Of Baku

Gürcüstanda saxta plastik kartlardan istifadə edən 4 nəfərdən ibarət cinayətkar qrup tutulub

Gürcüstanda saxta plastik kartlardan istifadə edən 4 nəfərdən ibarət cinayətkar qrup tutulub
# 26 iyun 2010 21:42 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Gürcüstanda maliyyə nazirliyinin istintaq xidmətinin əməkdaşları tərəfindən saxta plastik kartlardan istifadə edən 4 nəfərdən ibarət cinayətkar qrup tutulub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə jurnalistlərə brifinqdə Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidməti rəhbərinin müavini Mamuka Qiliqaşvili bildirib. Onun sözlərinə görə, qrupun tutulması iki həftə müddətində operativ tədbirlərin keçirilməsi nəticəsində baş tutub. Mamuka Qiliqaşvilinin məlumatına görə, saxta kartla vətəndaşların pullarını mənimsəyən Zurab Kaxetelidze, İrakli Cibladze, Qoça və Liya Çikvadzelər saxlanılıb. “Bu üsulla onlar 150 min lariyə sahib ola biliblər. Lakin istintaqın gedişi prosesində bu məbləğ arta bilər.
Saxlanılan vətəndaşların evlərində aparılan axtarış nəticəsində 28 saxta kredit kartı aşkar edilib. Saxlanılan qrup kompüter texnikasının köməyi ilə plastik kartın maqnit xəttinə vətəndaşların bank hesabını daxil edib, nağd pul əldə ediblər. Onlar bu əməliyyatları terminallarda və ticarət mərkəzlərində həyata keçiriblər.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR