Bank Of Baku

Rəsmi Moskva Vaşinqtondan ABŞ-da Rusiya lehinə casusluqda ittiham olunan bir qrup şəxsin həbsi ilə bağlı izahat tələb edib

Rəsmi Moskva Vaşinqtondan ABŞ-da Rusiya lehinə casusluqda ittiham olunan bir qrup şəxsin həbsi ilə bağlı izahat tələb edib
# 29 iyun 2010 10:15 (UTC +04:00)
APA-nın məlumatına görə, bu bəyanatla İsrailin xarici işlər naziri Aviqdor Libermanla görüşdən sonra keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib. Lavrov bildirib ki, söhbətin nədən getdiyi Rusiya tərəfinə məlum deyil. O “casus əməliyyatı” üçün vaxtın uğurla seçildiyini bildirib. XİN başçısının bu ifadə ilə Rusiya prezidenti Dmitri Medvedyevin ABŞ-a bir müddət əvvəlki səfərinə işarə vurduğu güman edilir.

Xatırladaq ki, ABŞ-da on nəfər xarici kəşfiyyat təmsilçisinin həbs olunması barədə məlumat dünən yayılıb. ABŞ xüsusi xidmət orqanları saxlanan şəxslərin Rusiya Xarici Kəşfiyyat İdarəsinin nümayəndəli olduğunu təsdiqləyirlər. Onların uzun illər ərzində planlaşdırılan xüsusi əməliyyat nəticəsində ələ keçirildiyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR