Bank Of Baku

Mixail Saakaşvili: «Gürcüstan Rusiya ilə geniş dialoqa hazırdır»

Mixail Saakaşvili: «Gürcüstan Rusiya ilə geniş dialoqa hazırdır»
# 29 iyun 2010 18:25 (UTC +04:00)
O bu normallaşmanın bütün qaçqın və köçkünlərin Cənubi Osetiya və Abraziyaya qayıtmasını nəzərdə tutmalı olduğunu deyib.

«Münasibətlərin normallaşmasına dair dialoq aparmağa qeyd-şərtsiz tam olaraq hazır olduğumuzu bildirmək istəyirəm. Bu normalaşma 500 min gürcü qaçqınının öz yurdlarına qayıtmasını nəzərdə tutmalıdır», - deyə Saakaşvili bildirib.

Gürcüstan prezidenti Təhlükəsizlik Şurasının iclasında bildirib ki, gürcü qaçqını dedikdə, o öz evlərini məcburən tərk etmiş etnik gürcüləri, abxazları, erməniləri, yunanları, ukraynalıları, estonları və başqa xalqların nümayəndələrini nəzərdə tutur.

APA-nın RİA «Novosti»-yə agentliyinə istinadən xəbər verir ki, M. Saakaşvili Rusiya ilə konfrontasiyada heç bir maraqlarının olmadığını qeyd edib: «Biz Rusiya rəhbərliyi ilə danışıqlara hazırıq. Amma Gürcüstanın ərazi bütövlüyü, vahidliyi, müstəqilliyi tanınmalıdır».

O, ABŞ-ın rəsmi sənədlərində «Gürcüstanın qeyri-qanuni zəbt olunmuş əraziləri» termininin qeyd olunduğunu xüsusi vurğulayıb: «Çox vacib haldır ki, bu termin ABŞ və Rusiyanın rəsmi görüşündə qeyd olunub. «Gürcüstanın qeyri-qanuni zəbt olunmuş əraziləri» sözləri ABŞ-ın rəsmi mövqeyini əks etdirir».

M. Saakaşvili bildirib ki, ABŞ və Gürcüstan bu məsələ ilə bağlı Avropa Birliyi ilə də iş aparır. «Bu bizim münaqişələrə münasibətdə tam yeni reallıq yaradır», - deyə Gürcüstan prezidenti vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR