Bank Of Baku

Tbilisidə öz ərini sifarişlə öldürtdürən qadın tutulub

Tbilisidə öz ərini sifarişlə öldürtdürən qadın tutulub
# 30 iyun 2010 04:15 (UTC +04:00)
Tbiisi. Nizami Məmmədzadə-APA. Keçən ilin aprel ayında ərini sifarişlə öldürtdürən qadın tutulub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan DİN xəbər verib. DİN Tiflis baş idarəsinin, İmereti, Kvemo-Svaneti və Raça-Leçxumi bölgə baş idarələrinin əməkdaşları tərəfindən “Tbilisi avtobusu” MMC-nin baş direktorunun müavini Giya Suladzeni öldürməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Gürcüstan DİN informasiyasına görə, öldürülənin həyat yoldaşı İnqa Suladze-Cvarşeişvili, Zviad Sakvarelidze və Zurab Solomnişvili saxlanılıb. İstintaq zamanı məlum olub ki, İnqa Suladze ərinin öldürülməsi üçün Zviad Sakvarelidzeyə 5000 dollar verəcəyini bildirib. Zviad bu cinayət işini görməyi dostu Zurab Solomnişviliyə həvalə edib. Zurab Solomnişvili 2009-cu ilin aprelin 29-da lüləsi kəsilmiş tüfənglə Giya Suladzeni Tbilisidəki evinin qarşısında güllələyib. İstintaq zamanı evin xidmətçisi Yelena Tuşişvili də tutulub. O, İnqa Suladze və Zviad Sakvarelidze arasında gedən danışıqlarda vasitəçi rolunu aparırmış. Əri öldürüldükdən sonra İnqa Suladze Zviad Sakvarelidzeyə Yelena Tuşişvilinin vasitəçiliyi ilə 3000 avro verib.
Məlumata görə, hadisə ilə bağlı hücum etmək, qəsdlə adam öldürmək, qanunsuz silah gəzdirmək və saxlamaq maddələri üzrə cinayət işi qaldırılıb. İstintaq Gürcüstan DİN Tbilisi baş idarəsi tərəfindən aparılıb və tutulan cinayətkar şəxslər törətdikləri cinayəti etiraf ediblər. Onları 15 il və yaxud ömürlük cəza gözləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR