Bank Of Baku

Oş vilayətində kütləvi iğtişaşlarla bağlı 750-yə yaxın cinayət işi başlanıb

Oş vilayətində kütləvi iğtişaşlarla bağlı 750-yə yaxın cinayət işi başlanıb
# 30 iyun 2010 15:55 (UTC +04:00)
Oş-APA. Qırğızıstan hüquq-mühafizə orqanları Oş vilayətində kütləvi iğtişaşlarla bağlı 750-yə yaxın cinayət işi başlayıblar. APA-nın məlumatına görə, cinayət işləri qətl, zorlama, adam oğurluğu, kütləvi iğtişaşlar, qarət və silah oğurluğu maddələri ilə başlanıb. Cinayət işləri əsasında 70-dən çox adam həbs olunub. Rəsmi məlumatlara görə, Oş və Cəlalabadda qırğızlarla özbəklər arasında baş verən toqquşmalarda 300-dən çox adam ölüb, şahidlər isə həlak olanların sayının qat-qat artıq olduğunu bildirir. Rəsmi Bişkek baş verən hadisələrə görə sabiq prezident Kurmanbek Bakiyevin yaxın ətrafını ittiham edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR