Bank Of Baku

ABŞ-ın Gürcüstandakı səfiri gürcü şagirdləri ilə görüşüb

ABŞ-ın Gürcüstandakı səfiri gürcü şagirdləri ilə görüşüb
# 30 iyun 2010 23:17 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Dünən ABŞ-ın Gürcüstandakı səfiri Con Bas 51 nəfər gürcü şagirdini qəbul edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, gürcü şagirdləri 2010-cu tədris proqramı adlanan “Fleks” layihəsində fəal iştirak ediblər.

“Onlar bir il ərzində ABŞ-ın müxtəlif ştatlarında amerikalı ailəsində yaşayaraq yerli məktəblərdə təhsil alıblar. Bu proqram artıq 18 ildir ki, Gürcüstanda həyata keçirilir. Məktəblilərin bu layihədə iştirakı xüsusi proqram üzrə qəbul edilir. Bu il ABŞ-a yenə 52 nəfər şagird göndəriləcək”. Bütün bunlar barədə məlumat verən ABŞ-ın Gürcüstandakı səfiri Con Bas jurnalistlərə açıqlamasında bildirib ki, bu proqram yeniyetmələrin inkişafı və gələcəyi üçün çox vacibdir. Diplomatın sözlərinə görə, Gürcüstanın gələcəyinin formalaşdırılmasında bu gənclərin rolu boyük ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR