Bank Of Baku

Bu gün Gürcüstanda vahid milli imtahanlar başlanır

Bu gün Gürcüstanda vahid milli imtahanlar başlanır
# 01 iyul 2010 00:11 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. İyulun 1-dən Gürcüstanda vahid milli imtahanlar başlanır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə məlumatı Gürcüstanın vahid milli imtahanlar üzrə Milli Mərkəzin rəhbəri Maya Miminoşvili bildirib. Onun məlumatına görə, milli imtahanlar iyulun 1-dən 23-ə qədər davam edəcək: “Milli imtahanlarda iştirak etmək üçün İndiyədək 36 421 abituriyent qeydiyyatdan keçib. Onlardan 30 000 nəfəri tələbə adını daşıyacaq. Qəbul olan tələbələrdən 9000 nəfəri dövlət qrantı ilə təhsil alacaqlar. Abituriyentlər 4 imtahan verəcəklər. 3 imtahan əsas, biri isə sərbəst seçmə yolu ilə müəyyən ediləcək”.
M. Miminoşvili qeyd edib ki, Gürcüstanda vahid milli imtahanlar altıncı ildir ki, keçirilir: “Lakin gələn ildən milli imtahanlar olmayacaq. Bunu orta məktəblərdə attestat alan zaman verilən imtahanlar əvəz edəcək və hər bir attestat alan məktəb məzunu aldığı qiymətlərə uyğun öz təhsilini ali məktəbdə davam etdirmək statusu əldə edəcək”.
Qeyd edək ki, gələn il attestat üçün veriləcək imtahanların gedişinə yenə Gürcüstanın vahid milli imtahanlar üzrə Milli Mərkəzi nəzarət edəcək.
Marneuli Rayon Təhsil Resursları Mərkəzinin rəhbəri Kamandar İsmayılov APA-ya açıqlamasında bildirib ki, bu il Marneulidə 1194 nəfər şagird orta məktəbi bitirib. Onlardan 890 nəfəri azərbaycanlı şagirdlərdir: “Bu il təkcə bizim rayondan 7 müxtəlif ixtisas seçməklə 188 nəfər abituriyent gürcü ali məktəblərinə sənəd verib. İlk imtahan iyulun 5-də olacaq. Azərbaycanlı abituriyentlər qabiliyyət imtahanını ana dilində verdikdən sonra bir il gürcü dilini öyrənəcəklər. Sonra müəyyən kvotanı toplayan soydaşlarımız ali məktəbdə istədikləri ixtisasları seçə biləcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR