Bank Of Baku

Qırğızıstanın cənubunda itkin düşmüş şəxslərin qohumları Roza Otunbayevaya üç gün vaxt veriblər

Qırğızıstanın cənubunda itkin düşmüş şəxslərin qohumları Roza Otunbayevaya üç gün vaxt veriblər
# 01 iyul 2010 16:45 (UTC +04:00)
APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, tədbiri keçirənlər bildiriblər ki, yaxınları girovluqdadırlar. Onlar qohumlarının axtarılıb tapılması və girovluqdan azad edilməsi üçün hakimiyyətə 3 gün vaxt veriblər. “Əks halda, bütün cənub ayağa qaldırılacaq və müvəqqəti hökumət necə hakimiyyətə gəlibsə, elə də gedəcək”, - deyə tədbir iştirakçıları bəyan ediblər.

Onlar müvəqqəti prezident Roza Otunbayevadan şəhərin bütün rayonlarında əməliyyat keçirməyi, hər evə baxmağı tələb ediblər.

Mətbuat konfransının cənubda yaşayan qırğızların, yaxud özbəklərin keçirdiyi barədə məlumat verilmir.

Qeyd edək ki, iyunun 10-dan başlayan toqquşmalar zamanı qətllər, talanlar törədilib, evlər yandırılıb, insanlar girov götürülüb. Hazırda neçə nəfərin girovluqda olduğu barədə dəqiq məlumat yoxdur. Oşun komendantı Kursan Asanov bir qədər əvvəl mətbuata açıqlamasında təkcə iyunun 11-dən 23-dək 1500 nəfərin girovluqdan azad edildiyini bildirib.

Rəsmi məlumatlara görə, hadisələr zamanı 300-dək insan həlak olub. Tibbi yardım üçün ümumilikdə 2238 nəfər müraciət edib, onlardan 1047 nəfər xəstəxanaya yerləşdirilib, 1019 nəfərə ambulator yardım göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR