Bank Of Baku

Marneulidə yeni otel tikilir

Marneulidə yeni otel tikilir
# 02 iyul 2010 02:47 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Iyulun 1-də Marneulidə yeni otelin tikintisinin bünövrəsinin təməlqoyma mərasimi olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, oteli Azərbaycanın Gürcüstanda fəaliyyət göstərən “Bazalt konstruksiyon LTD” şirkəti tikir.
Tədbirin başlanğıcında şirkətin direktoru Natiq Əhmədov qeyd edib ki, yüksək standartlara cavab verən 4 mərtəbəli otel üç ay müddətinə tikiləcək. Tədbirdə rəsmi şəxslər, şirkətin rəhbərliyi və tikintidə iştirak edən mühəndis və fəhlələr iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR