Bank Of Baku

Azərbaycan alimləri Cəmil Əliyev və Xoşbəxt Yusifzadə Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvləri seçiliblər

Azərbaycan alimləri Cəmil Əliyev və Xoşbəxt Yusifzadə Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvləri seçiliblər
# 02 iyul 2010 22:56 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Azərbaycanın böyük alimləri, akademikləri Cəmil Əliyev və Xoşbəxt Yusifzadə Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvləri (akademikləri) seçiliblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Azərbaycanın Gürcüstandakı səfiri, hüquq elmləri doktoru Namiq Əliyev bildirib: «Hər iki alimin Gürcüstan üçün müvafiq kadrların, alimlərin hazırlanmasında, Gürcüstan-Azərbaycan elminin inkişafında, iki dövlətin alimlərinin əməkdaşlığı sahəsində çox böyük xidmətləri var. Cəmil Əliyevin Gürcüstanda külli miqdarda alim tələbələri olub. Xoşbəxt Yusifzadənin “Bakı-Tiflis-Ceyhan” layihəsində, onun həyata keçirilməsində böyük xidmətləri olub və bu sahədə müvafiq gənclərin hazırlanmasında onun böyük zəhməti var. Bu çox gözəl bir hadisədir. Mənə elə gəlir ki, bu Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı üçün atılan çox gözəl bir addımdır və onların zəhmətinin qiymətidir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR