Bank Of Baku

Gürcü soyadları araşdırılmağa başlanıb

Gürcü soyadları araşdırılmağa başlanıb
# 03 iyul 2010 01:05 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan Ədliyyə Nazirliyin nəzdindəki Milli arxiv və Gürcüstan genealoji cəmiyyəti birgə layihə həyata keçirməyə başlayıblar. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə gürcü mətbuatı xəbər verib. Mətbuatın yazdığına görə, Gürcüstan Milli arxivinin fondunda saxlanılan gürcü ailələrinə mənsub soyadları şübhə doğurub. Layihə çərçivəsində soyadlarından bəhs edən kitab da hazırlamaq nəzərdə tutulub. Görkəmli genealoq, Gürcüstan genealoji cəmiyyətin yaradıcısı, Beynəlxalq Genealoji Akademiyanın həqiqi üzvü Yuri Çikovani indiki mərhələdə 5 gürcü soyadının kökünü araşdırır. O, Amirecibi, Tarxan-Mouravi, Palavandaşvili, Mağalaşvili və Tumanişvili nəsillərinin tarixini və kökünü araşdırmaqla məşğuldur. Yeni kitaba bu soyadlar və bu soyadları ilə fəaliyyət göstərən şəxslərin həyat və fəaliyyəti barədə qısa məlumat da genealoji siyahıya əlavə ediləcək. Bundan başqa kitaba genealoji siyahı ilə bərabər sxemlər və məlumatlar, tarixi izahlar, biblioqrafiya və əlifba sırası ilə göstərici, eyni zamanda qeyd olunan soyadlara aid fondun arxivində saxlanılan tarixi foto-şəkillər əlavə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR