Bank Of Baku

Bu gün Roza Otunbayeva prezident kimi and içəcək

Bu gün Roza Otunbayeva prezident kimi and içəcək
# 03 iyul 2010 02:49 (UTC +04:00)
Bakı-APA. Bu gün Bişkekdə Roza Otunbayeva Qırğızıstan prezidenti vəzifəsinə başlaması ilə bağlı mərasim keçiriləcək. Bu barədə məlumatı ölkənin müvəqqəti hökumətinin mətbuat xidmətinin nümayəndəsi verib.

Ötən həftənin bazar günü-iyunun 27-də Qırğızıstanda ümumxalq səsverməsi keçirilib. Səsvermə məntəqələrinə gələn vətəndaşların 90 faizdən çoxu Roza Otunbayevanın səlahiyyətlərini təsdiqləyib və ölkənin müvəqqəti hökumətinə etimad göstərib. Bundan başqa, yeni Konstitusiya qəbul edilib. Bununla da Qırğızıstanda dövlət hakimiyyəti bu ilin oktyabrında partiya siyahısı üzrə formalaşdırılacaq parlamentə keçib. 120 deputatdan ibarət qanunverici orqan baş nazir və hökumət üzvlərini təyin edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR