Bank Of Baku

Qazaxıstan neft buruqlarını mühafizə etmək üçün öz hərbi-dəniz donanmasını yaradır

Qazaxıstan neft buruqlarını mühafizə etmək üçün öz hərbi-dəniz donanmasını  yaradır
# 03 iyul 2010 10:17 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Qazaxıstan öz hərbi-dəniz donanmasını yaradır. APA-nın newsland.ru saytına istinadən yaydığı məlumata görə, 2010-cu ilin sonuna kimi ölkə Xəzər dənizində patrul xidməti keçirmək üçün 6 hərbi gəmi - 3 patrul gəmisi və 3 korvet alacaq. Yeni gəmilər 150 km radiusda ərazini nəzarətdə saxlamağa imkan verəcək.

Qazaxıstan Hərbi Dəniz Donanmasının komandanı, birinci dərəcəli kapitan Jandarbek Janzakov bildirib ki, yaxın günlərdə Uralskda yerləşən «Zenit» gəmiqayırma zavodu ilə 3 yeni patrul gəmisinin inşa edilməsi haqqında saziş imzalanacaq.

İlin sonuna kimi isə Qazaxıstan 3 korvetin inşa edilməsi haqqında saziş imzalanacaq. İritonnajlı gəminin inşası ilə bağlı Qazaxıstan tərəfi Fransa-Cənubi Koreya konsorsiumu ilə danışıqlar aparır. Plana görə bu korvetlər rəqibin hərbi gəmilərinə qarşı istifadə olunan “Ekzoset” raketləri ilə silahlanmalıdır.

J. Janzakov deyib ki, alınacaq gəmilər Qazaxıstan Hərbi Qüvvələrinə 150 km sahil ərazinə nəzarət etməyə imkan verəcək. Bu isə açıq dənizdə fəaliyyət göstərən neft buruqlarını mühafizə etməyə imkan yaradır. Donanmanın yaradılmasında əsas məqsəd neft buruqlarında mümkün terror aktlarının qarşısını almaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR