Bank Of Baku

Gürcüstan reinteqrasiya naziri Temur Yakobaşvili: “ABŞ və Gürcüstan arasında strateji tərəfdaşlıq barədə xartiyanın imzalanması vacibdir”

Gürcüstan reinteqrasiya naziri Temur Yakobaşvili: “ABŞ və Gürcüstan arasında strateji tərəfdaşlıq barədə xartiyanın imzalanması vacibdir”
# 05 iyul 2010 06:51 (UTC +04:00)
Onun sözlərinə görə, ABŞ Rusiyanın eksklüziv əraziləri özünə birləşdirməsini dəstəkləməyəcək: “Klintonun Krakovda verdiyi bəyanatı xatırlatmaq istəyirəm. O, qeyd etmişdi ki, ABŞ Rusiyanın işğal zonasını özünə birləşdirilməsi ilə razılaşmayacaq. Səfər zamanı ABŞ və Gürcüstan arasında strateji tərəfdaşlıq barədə xartiyanın imzalanması vacibdir və bu, ikitərəfli əməkdaşlığı müəyyənləşdirir”.

Qeyd edək ki, ABŞ dövlət katibi Hillari Klinton səfər çərçivəsində Milli kitabxanada qadın liderləri ilə görüşəcək. Sonra o, Avlabar iqamətgahında Gürcüstan prezidenti Mixail Saakaşvili ilə ikitərəfli münasibətlər və digər məsələlər barədə fikir mübadiləsi aparacaqlar. Dövlət katibinin günorta saatlarında “Kartiot Mariot” mehmanxanasında müxalifət nümayəndələri ilə görüşü planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR