Bank Of Baku

Dağıstanda Xasavyurt rayon Daxili İşlər Şöbəsinin rəisinin evi və “OMON”çular atəşə tutulub

Dağıstanda Xasavyurt rayon Daxili İşlər Şöbəsinin rəisinin evi və “OMON”çular atəşə tutulub
# 05 iyul 2010 07:18 (UTC +04:00)
Bakı – APA. Dağıstanda naməlum şəxslər Xasavyurt rayon Daxili İşlər Şöbəsinin rəisinin evini qumbaraatandan atəşə tutublar. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, insident iyulun 5-nə keçən gecə saat 02.30-da baş verib. Hadisə zamanı evi mühafizə edən 1 milis işçisi yaralanıb.

Saat təxminin 06-00 radələrində isə Qarabudaqkənd rayonunun Qubden kəndi yaxınlığında Volqoqrad “OMON”çularının avtomobil karvanı avtomat silahdan atəşə tutulub. Bu olay zamanı da 1 milis yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR