Bank Of Baku

Qırğızıstanda yeni daxili işlər naziri təyin olunub

Qırğızıstanda yeni daxili işlər naziri təyin olunub
# 07 iyul 2010 16:52 (UTC +04:00)
Bakı - APA. Qırğızıstan Daxili İşlər Nazirliyinə yeni rəhbər təyin olunub. APA-nın “AKİ Press”ə istinadən xəbərinə görə, bu, Dövlət Milli Təhlükəsizlik Xidməti rəisinin keçmiş birinci müavini Kubatbek Baybolovdur.

Bu gün Qırğızıstan prezidenti Roza Otunbayeva Kubatbek Baybolovu DİN-in şəxsi heyətinə təqdim edib.

Kurmanbek Bakiyevin devrilməsindən sonra daxili işlər naziri əvəzi olan Bolotbek Şerniyazovun isə növbəti parlament seçkilərinə qatılacağı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR