Bank Of Baku

Sentyabrın 5-də Moldovada referendum keçiriləcək

Sentyabrın 5-də Moldovada referendum keçiriləcək
# 08 iyul 2010 08:07 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Moldova parlamenti ölkə prezidentinin ümumxalq səsverməsi ilə seçilməsini Konstitusiyaya daxil etmək üçün sentyabrın 5-də referendum keçirilməsinə qərar verib. APA-nın Moldova mətbuatına istinadən verdiyi məlumata görə, referendum keçirmək təşəbbüsü ilə hakim Avropaya İnteqrasiya uğrunda Alyansı təmsil edən 41 parlamentar çıxış etmişdi. Onlar prezidentin parlament tərəfindən seçilməsi qaydasından imtina edilməsini istəmişdilər. Deputatlar bu yolla parlamentdə düyünə düşən və siyasi böhrana səbəb olan prezident seçkisi problemini birdəfəlik həll etmək istəyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR