Bank Of Baku

Qırğızıstanda bərpa işlərinə yarım milyard dollar tələb olunur

Qırğızıstanda bərpa işlərinə yarım milyard dollar tələb olunur
# 08 iyul 2010 09:57 (UTC +04:00)
Bakı – APA. Qırğızıstanın Cəlalabad və Oş vilayətlərində dağılmış evlərin, binaların bərpasına 400-500 milyon dollar lazım gələcək. APA-nın “AKİpress” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Qırğızıstanın müvəqqəti hökumətinin maliyyə naziri Temir Sarıyev deyib. O, göstərilən məbləğin yaxın ilyarım ərzində ayrılacağını söyləyib. Hələlik müvəqqəti hökumət bu məqsədlə 100 milyon dollar ayırmağa hazırlaşır. Bu vəsait Rusiyadan alınan kreditin hesabına əldə olunub.

Qeyd edək ki, Cəlalabad və Oşun bərpası üçün Oş vilayətinin keçmiş qubernatoru Jantoro Satıbaldıyevin rəhbərliyi ilə xüsusi direktorluq yaradılıb. J. Satıbaldıyev bildirib ki, vilayət mərkəzlərində 2,5 minə yaxın tikili zərər çəkib, onlardan 2 minə yaxını yaşayış evləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR