Bank Of Baku

Sənətçi Yulduz Osmanovanın Qırğızıstandakı iğtişaşlardan bəhs edən klipi rəsmi Bişkekin narazılığına səbəb olub

Sənətçi Yulduz Osmanovanın Qırğızıstandakı iğtişaşlardan bəhs edən klipi rəsmi Bişkekin narazılığına səbəb olub
# 09 iyul 2010 16:52 (UTC +04:00)
Bakı - APA. Qırğızıstanla Özbəkistana nota verib. APA-nın xəbərinə görə, buna səbəb məşhur özbək müğənnisi Yulduz Osmanovanın Qırğızıstanın cənubunda baş verən son qanlı hadisələrə mahnı həsr etməsi və klip çəkməsi olub.

Notada bu cür hadisələrin bir daha təkrarlanmaması tələb olunur. Qırğızıstan Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Sahibə Qədirova sözügedən mahnı ilə bağlı Özbəkistana nota verilməsi xəbərini təsdiqləyib.

Yulduz Osmanovanın Qırğızıstanda “persona-non-qrata” elan olunması istisna edilmir. Onun mahnısı olan son diski isə Bişkekdə kütləvi şəkildə məhv edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR