Bank Of Baku

Türkmənistan prezidenti çoxpartiyalılıq və özəl KİV məsələlərində tələsməməyə çağırıb

Türkmənistan prezidenti çoxpartiyalılıq və özəl KİV məsələlərində tələsməməyə çağırıb
# 10 iyul 2010 02:01 (UTC +04:00)
Bakı-APA. Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov hökumətin iclasında ölkədə çoxpartiyalılığın tətbiq edilməsi və qeyri-dövlət mətbuat orqanlarının yaradılması işində tələsməməyə çağırıb.

«Qeyd etmək istəyirəm ki, bu məsələlər tələskənliklə və qısa vaxtda deyil, düşünülmüş və ölçülüb-biçilmiş şəkildə həll edilməlidir», deyə Türkmənistan prezidenti bildirib.

İlk addım kimi dövlət başçısı Türkmənistan Sənayeçilər və sahibkarlar ittifaqının rəhbərliyinə öz qəzet və jurnalının nəşr edilməsi məsələsini öyrənməyə çağırıb. Prezidentin fikrincə, bu mətbu orqanlarında sahibkarların uğurları barədə məqalələr çap etmək, təcrübə ilə bölüşmək, buraxılan məhsulları reklam etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR