Bank Of Baku

MDB liderləri yeni Azad İqtisadi Zona haqqında müqavilə üzərində işi davam edəcəklər

MDB liderləri yeni Azad İqtisadi Zona haqqında müqavilə üzərində işi davam edəcəklər
# 10 iyul 2010 17:55 (UTC +04:00)
Bakı – APA. MDB-yə üzv olan 6 ölkənin prezidentlərinin Ukraynanın Yalta şəhərində keçirilən qeyri-rəsmi görüşündə yeni Azad İqtisadi Zona haqqında müqavilə layihəsinin hazırlaması və MDB liderlərinin növbəti iclasında müzakirə olunması haqda razılıq əldə olunub.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, görüşü açan Ukraynanın prezidenti Viktor Yanukoviç iclas iştirakçılarına MDB çərçivəsində iqtisadi əməkdaşlığın sürətləndirməyin mexanizmlərini müzakirə etməyi, həmçinin nəqliyyat və turizim sahəsində müştərək proyetklərin həyata keçirməyi təklif edib.
Xatırladaq ki, görüşdə Ukraynanın prezidenti Viktor Yanukoviçlə bərabər, Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Dmitri Medvedev, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Ermənistan prezidenti Serj Sarkisyan iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR