Bank Of Baku

Azərbaycan prezidenti MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib

Azərbaycan prezidenti MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib
# 10 iyul 2010 21:05 (UTC +04:00)
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, görüşü açan Ukrayna Prezidenti Viktor Yanukoviç MDB çərçivəsində iqtisadi əməkdaşlığın sürətləndirilməsi mexanizmlərinin müzakirə edilməsini, nəqliyyat və turizm sahələrində birgə layihələrin həyata keçirilməsini təklif edib. Üzv dövlətlər arasında ticarətin liberallaşdırılması məsələsinə xüsusi diqqət yetirilib. Bundan əlavə, görüşdə azad ticarət zonasının yaradılması barədə saziş layihəsinin hazırlanmasına və MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının növbəti görüşündə bu məsələyə baxılmasına dair razılıq əldə olunub.

Görüşdə humanitar sahədə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Rusiya Prezidenti Dmitri Medvedev qonaqlar adından Ukraynanın dövlət başçısını doğum günü münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Dövlət başçılarının qeyri-rəsmi görüşlərinin keçirilməsi Birliyin təcrübəsində bir ənənəyə çevrilib. İlk belə görüş 2000-ci il avqustun 18-də Yaltada olub. Belə qeyri-rəsmi görüşlərin gündəliyi olmur və hər hansı məsələlərə dair qərarlar qəbul edilməsi nəzərdə tutulmur. Yalnız təxirə salınması mümkün olmayan məsələlər istisna təşkil edir.
Bu qeyri-rəsmi görüşdə MDB-nin üzvü olan altı ökənin – Azərbaycan, Ukrayna, Rusiya, Belarus, Qazaxıstan və Ermənistanın prezidentləri, Birliyin icraçı katibi iştirak ediblər.

Yalta görüşünün təşəbbüsçüsü Ukraynadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR