Bank Of Baku

Türkmənistan prezidenti müstəqil qəzetlərə icazə verir

Türkmənistan prezidenti müstəqil qəzetlərə icazə verir
# 11 iyul 2010 02:32 (UTC +04:00)
Bakı-APA. Bütün mətbuat vasitələri hökumət nəzarətində olan Türkmənistanda, ölkə prezidenti müstəqil qəzetlərin yaradılmasına izn verilməsi planlarını açıqlayıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Türkmənistan nazirlər kabinetinin televiziya vasitəsilə nümayiş etidirilən görüşündə prezident Qurbanqulu Berdımuxammedov hökümət rəsmilərinə müraciətində deyib ki, indi ölkədə özəl qəzet və jurnalların əsasının qoyulmasına dair təkliflər hazırlana bilər və bu sahədə görülən iş sürətləndirilə bilər.
Berdımuxamedov eyni zamanda bidirib ki, ölkənin sənaye və sahibkarlar ittifaqları da özlərinin nəşrlərinə başlamalı və orada uğurlu bizness xəbərlərini dərc etməlidirlər.
"Əgər kimlərsə yeni partiya yaratmaq arzusundadırsa, biz onları dəstəkləyəcəyik, - deyib ölkə prezidenti.
Lakin bunula yanaşı olaraq, o, yeni partiyaların əsasının qoyulmasında tələsmək lazım olmadığını qeyd edib.
Türkmənistan müstəqil mətbuatı olmayan yeganə post-Sovet ölkəsidir.
Ölkədə televiziya kanalları, 25 qəzet və 15 jurnalın dərc olunmasına baxmayaraq, onların hamısı hokumətə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR