Bank Of Baku

Kabardin-Balkar Respublikasında bir neçə rabitə qurğusunda terror aktları gerçəkləşdirilib

Kabardin-Balkar Respublikasında bir neçə rabitə qurğusunda terror aktları gerçəkləşdirilib
# 11 iyul 2010 09:19 (UTC +04:00)
APA-nın məlumatına görə, analoji insidentlər bir neçə saat fərqi ilə Elbrus, Zolsk və Baksansk rayonları ərazisində baş verib. Terskol qəsəbəsində radio-televiziya ötürücüsü yandırılıb, Tırnıauz və Cenal şəhərlərində isə analoji rabitə qurğusu partladılıb. Terrorçular Baksan şəhərində mobil rabitə qülləsini də yandırıblar. Daxili İşlər Nazirliyi terror aktları zamanı yaralanan və xəsarət alanların olmadığını bildirir. Hazırda respublika ərazisində televiziya və radio verilişlərinin yayımında ciddi problem yoxdur, yerli mənbələr mobil rabitə sistemininin də normal fəaliyyət göstərdiyini bildirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR