Bank Of Baku

Gürcüstanda müəllimlər sertifikat almaq üçün imtahan verəcəklər

Gürcüstanda müəllimlər sertifikat almaq üçün imtahan verəcəklər
# 12 iyul 2010 07:18 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. İyulun 13-dən iyulun 20-nə kimi Gürcüstanda orta məktəb müəllimləri pedaqoji sertifikat almaq üçün imtahan verəcəklər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə jurnalistlərə Milli İmtahan Mərkəzinin direktoru Maya Miminoşvili bildirib. Onun sözlərinə görə, müəllimlər üçün sertifikat imtahanı könüllüdür və təkmilləşdirmə xarakteri daşıyır: “2014-cü ilə qədər davam edəcək bu imtahanları dövlət maliyyələşdirir. Bu il sertifikat almaq istəyən müəllimlər gürcü dili və ədəbiyyatı, xarici dil və cəbrdən imtahan verəcəklər. Müəllimlər öz peşəkarlıqlarını artırmaq üçün digər fənlərdən də imtahan verə bilərlər”.

M. Mimonişvili bildirib ki, gürcü dili və ədəbiyyatı fənnindən iyulun 19-da, cəbrdən 20-də, xarici dildən iyulun 21-23-də imtahan keçiriləcək: “Xarici dildən imtahan 3 saat 45 dəqiqə, digər fənlərdən isə 5 saat davam edəcək. Keçici balı 43-dür. Ayrı-ayrı imtahanlardan müxtəlif yüksək ballar toplayan müəllimlərə üstünlük verilir. Alınacaq sertifikatların 4 il müddəti olacaq”.

APA-nın məlumatına görə, Gürcüstanda müəllimlərin pedaqoji sertifikat imtahanları ilk dəfədir keçirilir. İlkin mərhələdə 1400 pedaqoq imtahanlarda iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR