Bank Of Baku

Gürcüstanda sertifikat alan orta məktəb müəllimləri maaşdan əlavə 400 lari təqaüd alacaqlar

Gürcüstanda sertifikat alan orta məktəb müəllimləri maaşdan əlavə 400 lari təqaüd alacaqlar
# 12 iyul 2010 14:46 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda sertifikat alan orta məktəb müəllimləri maaşdan əlavə 400 lari təqaüd alacaqlar. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın elm və təhsil naziri Dmitri Şaşkin keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, sertifikat alan müəllimlərin maaşları artırılacaq: “Onlar nazirliyin “Gürcüstan üçün öyrən” proqramında iştirak edəcək və regionları gəzəcəklər. Sertifikat ala bilməyən müəllim öz arzusu ilə 2014-cü ilə qədər bir neçə dəfə imtahan verməyə cəhd edə bilər”.

APA-nın məlumatına görə, bu gün “Həqiqət naminə Gürcüstan hərəkatı” partiyası nazirliyin həyata keçirdiyi bu islahatın əleyhinə çıxıb. Partiya üzvü Manana Nikoleişvili jurnalistlərə bildirib ki, sertifikat almaq üçün keçirilən imtahanlar müəllimlərin kütləvi şəkildə işdən azad olunması ilə nəticələnəcək. O, müəllimləri imtahanlara qatılmamağa çağırıb.

Qeyd edək ki, sabah Gürcüstanda sertifikat almaq üçün müəllimlərin imtahanları başlayır. İmtahanlarda iştirak etmək üçün 14 min müəllim qeydiyyatdan keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR