Bank Of Baku

Polşanın xarici işlər naziri Radoslav Skorskinin Gürcüstana rəsmi səfəri başlayıb

Polşanın xarici işlər naziri Radoslav Skorskinin Gürcüstana rəsmi səfəri başlayıb
# 13 iyul 2010 11:04 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Polşanın xarici işlər naziri Radoslav Sikorski Gürcüstanda rəsmi səfərdədir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, XİN başçısı bu gün “Redisson” mehmanxanasında Avropa İttifaqı ölkələrinin səfirləri ilə görüşüb. Görüşdə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində görüləcək işlər müzakirə olunub. Tədbirdən sonra Radoslav Sikorski Tiflisin Qəhrəmanlar meydanındakı Gürcüstanın müstəqilliyi uğrunda həlak olan əsgər memorialının önünə əklil qoyub. Daha sonra o gürcü həmkarı Qriqol Vaşadze ilə görüşüb. Görüşdən sonra Polşa və Gürcüstan xarici işlər nazirləri mətbuat konfransı keçiriblər. Mətbuat konfransında Sikorski bildirib ki, Polşanın xarici siyasətini yalnız Polşa prezidenti müəyyənləşdirmir: “Mən əminəm ki, Polşa prezidenti Komaravski Gürcüstana qarşı ölkəmizin siyasətini dəyişməyəcək”. Bu gün Polşa XİN Radoslav Skorskinin Gürcüstanın baş naziri Nika Gilauri ilə görüşəcək. İlkin məlumata görə, Polşa XİN R. Sikorskinin gürcü müxalifəti ilə görüşü də gözlənilir.


Bu gün həmçinin Polşa xarici işlər nazirinin Batumidə Gürcüstanın prezidenti Mixail Saakaşvili ilə görüşü gözlənilir. APA-nın məlumatına görə, görüşdə ikitərəfli əməkdaşlıq, Gürcüstanın NATO-ya və Avropa İttifaqına inteqrasiyası mövzusunda söhbətlər aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR