Bank Of Baku

Gürcüstan parlamenti magistral qaz kəmərinin özəlləşdirilməsi məsələsini müzakirə edib

Gürcüstan parlamenti magistral qaz kəmərinin özəlləşdirilməsi məsələsini müzakirə edib
# 13 iyul 2010 21:56 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Gürcüstan parlamentində Rusiyadan Ermənistana Gürcüstan ərazisindən tranzit yolu ilə nəql olunan magistral qaz kəmərinin özəlləşdirilməsi məsələsinə baxılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu gün parlament deputatları ikinci oxunuşda “Dövlət əmlakı haqqında” qanun layihəsində magistral qaz kəmərinin satışını müzakirə ediblər.
Müzakirələr zamanı başlanan debatda hakim partiyanın nümayəndələri satışın baş tutmayacağını bildiriblər. Parlamentin azlıq deputatları qaz kəmərinin 49% satışa çıxarılmasını təklif ediblər. Lakin hakim partiyanın deputatları yenidən bunu qəbul etməyiblər.
Müzakirələr zamanı parlament azlığının lideri Georgi Tarqamadze 2002-ci ildə müxalifətdə olan Mixail Saakaşvilinin müsahibəsindən kiçik bir hissəni oxuyub: Saakaşvili deyib ki, magistral qaz kəmərinin Rusiyaya satılması yolverilməzdir, boru kəmərinin satışı Gürcüstanın müstəqilliyinin itirilməsi deməkdir: “Bu Gürcüstanın Avroatlantik məkana inteqrasiyasına mane olacaq.” G. Tarqamadzenin bəyanatına parlamentin hüquq komitəsinin sədri, layihənin təşəbbüskarlarından biri Pavle Kublaşvili bildirib ki, parlamentin azlığı üzvləri 2002-ci il və bugünkü Gürcüstan arasında fərqi görmür. “Həmin illər Gürcüstan qaz nəqlində yalnız Rusiyadan asılı idi. İndi biz ondan asılı deyilik. Biz qaz nəqlinin diversifikasiyasını həyata keçirmişik. Siz bu fərqi görməlisiniz”, Pavle Kublaşvili bildirib.

Məlumata görə, müasir şəraitdə qaz kəmərinin idarə edilməsi ilə Gürcüstan neft və qaz korporasiyası məşğul olur. Gürcüstan hökuməti bəyanat verib ki, hökumət London satış birjasına aksiyanın yalnız kiçik bir hissəsini çıxara bilər. Lakin bu, yaxın 1-2 il müddətinə baş verməyəcək.

Gürcüstan və ABŞ arasında qəbul edilən “Minillərə çağırış proqramı” çərçivəsində imzalanan razılaşmaya əsasən digər layihələrlə birlikdə Gürcüstana 295, 3 milyon ABŞ dolları ayrılması nəzərdə tutulub. Razılaşmada magistral qaz kəmərinin reabilitasiyası da göstərilib. Lakin sənəddə göstərilib ki, reabilitasiya bu məqsədlə həyata keçiriləcək ki, obyekt 2011-ci ilin aprel ayına qədər satılmasın. 2010-cu ilin fevral ayında qaz kəmərinin 22 sahəsində 221 km kəmər xəttinin reabilitasiyası başa çatıb. Bu məqsədlə 35 milyon ABŞ dolları xərclənib.

İyulun 13-də müzakirələr zamanı parlament azlığı hakim partiyadan tələb edib ki, qanun layihəsinin qəbul edilməsinə tələsməsinlər, yazılı müzakirələrə böyük diqqət yetirsinlər.
Lakin Kublaşvili bəyanat verib ki, qaz kəməri Rusiyaya satılmır.
Müzakirələr zamanı fikir ayrılığı baş verib. İyulun 13-də növbədən kənar plenar iclasda özəlləşdirmənin həyata keçirilməsi qəbul edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR