Bank Of Baku

Rusiyanın 14 vilayətində fövqəladə vəziyyət elan olunub

Rusiyanın 14 vilayətində fövqəladə vəziyyət elan olunub
# 14 iyul 2010 09:03 (UTC +04:00)
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb ölkəni bürümüş quraqlıqdır. V. Putin quraqlığa məruz qalmış vilayətlərin kreditlər və dövlət subsidiyaları ilə dəstəklənəcəyini deyib.

Nazirlər Kabinetinin iclasını keçirən V. Putin ölkənin 14 vilayətində kəskin quraqlığın hökm sürdüyünü vurğulayıb. O, ilk növbədə ölkənin buğdaya olan tələbatının təmin olunmasının zəruriliyini bildirib. Proqnozlara görə, quraqlıq səbəbindən bu il Rusiyada taxıl hasilatı azalacaq. V. Putin ehtiyat buğda fondundan istifadə olunacağını istisna etməyib.

Qeyd edək ki, 2008-ci ildə Rusiyada 108 milyon ton buğda, 2009-cu ildə 97 milyon ton buğda hasil olunub. Bu il isə 85 milyon ton buğda istehsalı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR