Bank Of Baku

Qazaxıstan-Qırğızıstan sərhədində atışma olub, 2 nəfər öldürülüb

Qazaxıstan-Qırğızıstan sərhədində atışma olub, 2 nəfər öldürülüb
# 14 iyul 2010 10:35 (UTC +04:00)
Bakı – APA. Qazaxıstan sərhədini qanunsuz keçməyə çalışan və at qaçaqmalçılığı ilə məşğul olan 2 Qırğızıstan vətəndaşı öldürülüb. İnsident zamanı 1 sərhədçi ağır yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu məlumatı Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin direktor müavini Amangəldi Abılkanov açıqlayıb. O bildirib ki, iyulun 13-də günün ikinci yarısında Qazaxıstan-Qırğızıstan sərhədinin “Satı” zastavası ərazisində sərhədçilər bir qrup sərhəd pozucusu aşkar ediblər. Qırğızıstan vətəndaşı olan sərhəd pozucuları dağ yolları ilə Qazaxıstana at ilxısı keçirməyə cəhd göstəriblər. Sərhədçilər onları dayandırıb sənədlərini yoxlamaq istəyərkən silahlı müqavimətlə üzləşiblər. Nəticədə bir sərhədçi yaralanıb. Silah tətbiq edən sərhədçilər 2 pozucunu öldürüblər, 1-i isə sağ yaxalanıb. Sərhəd pozucularından 3 ədəd odlu silah və 20 at götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR