Bank Of Baku

Gürcüstanda yeni dərs ilində birinci sinfə gedən uşaqların hər birinə kompüter veriləcək

Gürcüstanda yeni dərs ilində birinci sinfə gedən uşaqların hər birinə kompüter veriləcək
# 14 iyul 2010 13:25 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın elm və təhsil naziri Dmitri Şaşkin bildirib. Onun sözlərinə görə, yeni dərs ilinin başlanğıcında 4 min nəfər birinci sinif şagirdinin hər birinə kompüter veriləcək. “Bu iş mərhələ-mərhələ həyata keçiriləcək. Hər bir təhsil alacaq şagird kompüter ilə təmin olunacaq”.

Nazir jurnalistlərə bildirib ki, imkansız ailələrdən olan bütün şagirdlər hökumətin hesabına pulsuz dərs kitabları ilə təmin ediləcəklər. Dmitri Şaşkin eyni zamanda bildirib ki, məktəblərdə ingilis dili fənnini ingilis dilli müəllimlər tədris edəcəklər: “Bu aydan başlayaraq Gürcüstana məktəblərdə ABŞ, Kanada, Böyük Britaniya, və Yeni Zelandiyadan məktəblərdə ingilis dili fənnini tədris edəcək ingilis dilli müəllimlər gələcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR